17:06 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Təsərrüfatın sahibi yanğın zamanı heyvanları tövlədən çıxarmaq istəyərkən, yanıq xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub və xəsarət alan şəxsə tibbi yardım göstərilib.

BAKI, 14 sentyabr — Sputnik. Şəkidə tövlə içərisindəki mal-qara ilə birlikdə yanıb. Hadisə bu gün günorta saatlarında şəhərin Mahmud Əliyev küçəsində baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərdi yaşayış evinin həyətindəki tövlənin yanması nəticəsində içəridə olan bir neçə iribuynuzlu heyvan tələf olub. Tövləyə yığılan xeyli ot da yanıb.

  • Hadisə yerində
    © Sputnik / Ibrahim Hashimov.
  • Hadisə yerində
    © Sputnik / Ibrahim Hashimov.
  • Hadisə yerində
    © Sputnik / Ibrahim Hashimov.
1 / 3
© Sputnik / Ibrahim Hashimov.
Hadisə yerində

Təsərrüfatın sahibi olan Cövdət adlı şəxs hadisə zamanı heyvanları tövlədən çıxarmaq istəyib və nəticədə o da ayağından yanıq xəsarəti alıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub və xəsarət alan şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Əsas mövzular