12:06 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Müzakirələr zamanı, həmçinin, müvafiq tərəflərin xüsusi və ictimai mesajlar və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib.

BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib. 

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

Həmsədrlər regiondakı vəziyyəti nəzərdən keçirmiş, xüsusilə də iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalardan sonrakı yeni dinamikaya xüsusi diqqət ayırıblar. 

Müzakirələr zamanı, həmçinin, müvafiq tərəflərin xüsusi və ictimai mesajlar və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən regiondakı təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatlandırılıb və onun ATƏT-in regiondakı monitorinqlərin bərpası üçün müəyyən hazırlıqlarla bağlı təkliflərini yüksək qiymətləndiriblər.   

Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.  

Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.

Qeyd edək ki, müzakirələrdə ATƏT-in fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Əsas mövzular