18:51 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
3010

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən sərnişinlərə çağırış olaraq bildirilir ki, metro stansiyalarına daxil olandan mənzil başına çatıb metronu tərk edənədək tibbi maskanın düzgün taxılmasına əməl etmək mütləqdir.

BAKI, 14 sentyabr — Sputnik. Bakı metrosu 72 gündən sonra bu gün səhər saat 06:00-dan yenidən sərnişinlərinin xidmətinə verilib.

Xatırladaq ki, Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bərpa edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, əvvəlki dövrlərlə müqayisədə bu gün səhər saatlarında metroda sıxlıq müşahidə olunmayıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən agentliyə verilən məlumatda sərnişinlərə çağırış olaraq bildirilir ki, metro stansiyalarına daxil olandan mənzil başına çatıb metronu tərk edənədək tibbi maskanın düzgün taxılmasına əməl etmək mütləqdir.

"Sosial məsafənin qorunması məqsədilə "Bakı Metropoliteni" texniki imkanlarından istifadə edərək, sərnişinlərə ən münasib şəraiti yaradıb. Bu məqsədlə gücləndirilmiş iş rejimi tətbiq edilib, qatarların hərəkət qrafiki ən optimal qrafiklə təmin olunub, stansiya və qatarlarda bütün mümkün imkanlardan istifadə olunaraq sərnişinlərin məlumatlandırılması təmin edilib", - deyə Metropolitendən bildirilib. 

Xatırladaq ki, pandemiya elan edildiyi ötən dövr ərzində Bakı metropoliteni mart ayının 31-i saat 22:00-dan may ayının 9-u saat 06:00-a qədər – 38 gün ərzində sərnişindaşıma fəaliyyəti göstərməmişdi.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, sentyabr ayının 30-na qədər elan edilmiş xüsusi karantin rejimi dövründə metropoliten stansiyaları həftədə 5 gün səhər saat 6-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. İstirahət günləri ərzində digər ictimai nəqliyyat vasitələri kimi metropoliten də sərnişin daşımayacaq.

"Bakı Metropliteni" sərnişinlərə müraciət edərək, bir daha mövcud qaydalara, sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə çağırır: Həmrəyliyimizi nümayiş etdirərək, birlikdə güclü və qalib olaq!

Əsas mövzular