İranda Donald Trampın da etiraz etdiyi addım atıldı

© © Iranian Labor News Agency via AP, Fileİranda güləşçi Navid Əfkarinin ölümünə etirazlar
İranda güləşçi Navid Əfkarinin ölümünə etirazlar - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp rəsmi "Twitter" hesabında yazmışdı: "İranın 27 yaşlı möhtəşəm və məşhur güləş ulduzu Əfkarinin edam ediləcəyini eşidirik. Əfkarinin yeganə əməli küçələrdəki hökumət əleyhinə nümayişlərə qatılmaqdı".

BAKI, 12 sentyabr — Sputnik. İranda çempion güləşçi Navid Əfkari bu gün səhər saatlarında edam edilib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, İranda çempion güləşçi Navid Əfkari 2018-ci ildə hökumət əleyhinə nümayişlər zamanı bir təhlükəsizlik əməkdaşını bıçaqlayaraq öldürməkdə ittiham edilirdi.

Edamı Cənubi Fars əyalətinin ədliyyə idarəsi rəhbəri elan edib.

Qeyd edək ki, bu yaxınlarda güləşçinin edam hökmü elan edildikdən sonra ABŞ Prezidenti Donald Tramp İranı edamı dayandırmağa çağırmışdı.

Xəbər lenti
0