Terrorçular "Charlie Hebdo"nu yeni hücumla təhdid edirlər

© AFP 2023 / PHILIPPE HUGUENПродажа газеты Charlie Hebdo, фото из архива
Продажа газеты Charlie Hebdo, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən buraxılması ilə bağlıdır.

BAKI, 12 sentyabr — Sputnik. "Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Amerikanın "SITE Intelligence Group" şirkəti yayıb.

Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən buraxılması ilə bağlıdır.

Karikaturaların 2015-ci ildə baş vermiş terror aktında həlak olanların xatirəsinə həsr olunacağı deyilir.

Bundan əvvəl Tehran Fransanın "Charlie Hebdo" qəzetində İslam peyğəmbərinin karikaturalarının təkrar buraxılmasını pisləyib.

2015-ci il yanvarın 7-də Səid və Şərif Kuaşi qardaşları Parisdə "Charlie Hebdo" redaksiyasına hücum ediblər. Onlar 12 nəfəri, o cümlədən 8 jurnalisti və rəssamı öldürüblər.

Terror aktından sonra bir milyondan artıq fransalı "Je suis Charlie" ("Mən Şarliyəm") yazılmış lövhəciklərlə terrora və mətbuatda senzuraya qarşı yürüş ediblər.

Xəbər lenti
0