Ötən ay partlayış, bu ay yanğın - VİDEO

© REUTERS / MOHAMED AZAKIRПожар в Бейруте
Пожар в Бейруте - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə yanğınsöndürənlər və hərbçilər cəlb olunublar, onlar yanğının qarşısını almağa çalışırlar.

BAKI, 10 sentyabr — Sputnik. Avqust ayında güclü partlayışın baş verdiyi Beyrut limanında güclü yanğın başlayıb. Bu barədə Sputnik Azərbaycan Xarici KİV-ə istinadən xəbər verir.

Hadisə yerinə yanğınsöndürənlər və hərbçilər cəlb olunublar, onlar yanğının qarşısını almağa çalışırlar.

Livan ordusunun yaydığı məlumata görə, yanğın limanın azad ticarət zonasında yerləşən avtomobil yağları və təkərləri anbarında baş verib.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb.

Xəbər lenti
0