Lukaşenkonu son anda bunlar xilas edib - Üstü açıldı

© AP Photo / Dmitri LovetskyПрезидент Беларуси Александр Лукашенко, фото из архива
Президент Беларуси Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Belarusa qarşı sanksiyaların qəbul olunması üçün Avropa İttifaqına üzv bütün ölkələrin razılığı lazımdır.

BAKI, 10 sentyabr — Sputnik. Kipr Respublikası Avropa İttifaqının Belarusa qarşı sanksiya tətbiq etməsini blok edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumatlı mənbələrə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Kipr iqtisadi zonada təbii qazın hasilatı ilə məşğul olan yeddi Türkiyə şirkətinin Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsini istəyib, lakin bu baş vermədikdə rəsmi Nikosiya Minskə qarşı sanksiyaların lehinə səs verməkdən imtina edib.

Xatırladaq ki, Belarusa qarşı sanksiyaların qəbul olunması üçün Avropa İttifaqına üzv bütün ölkələrin razılığı lazımdır.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Xəbər lenti
0