13:15 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
4510

Hollivud aktyoru Stiven Siqal Baykal gölünün qorunması ilə bağlı federal ekoloji layihəyə rəhbərlik edəcək.

BAKI, 10 sentyabr — Sputnik. "Həqiqət naminə" (Za pravdu) Partiyasının Siyasi Şurasının üzvü, Hollivud aktyoru Stiven Siqal partiyanın əsas hədəflərindən biri olan Baykal gölünün qorunub saxlanmasına dair Federal layihəsinə rəhbərlik edəcək. Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyada "Baykal ili"nin keçirilməsi ideyasını dəstəkləyib. Hökumət bunun üzərində işləməlidir.

"Stiven Siqal "Həqiqət naminə" Partiyasının Federal ekoloji layihəsinə rəhbərlik edəcək. Stiven Siqalın təkidi ilə ekoloji layihənin əsas vəzifələrindən biri, Baykal gölünün qorunub saxlanması və ətraf mühitin çirkləndirilməsinə görə cinayət məsuliyyətinin tətbiq edilməsi olacaq", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, "Həqiqət naminə" artıq bu istiqamətdə iş aparır. Məsələn, Ryazanda "Ekomonitorinq" layihəsi işə salınıb. Ryazan vilayətində ətrafı çirkləndirən sənaye müəssisələrinin fəaliyyətini layihənin saytında onlayn rejimdə izləmək mümkündür. Kaluqa vilayətində isə çayların çirklənməsi xəritəsi yaradılıb. Regiondakı ekoloji vəziyyətin yaxşılaşdırılması, çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı monitorinqlərin keçirilməsi layihənin qarşısında duran əsas vəzifələrdəndir.

Partiya artıq heyvan müdafiəçiləri, o cümlədən, Çelyabinskin "Day Lapu" təşkilatı ilə əməkdaşlıq edir, çünki ekoloji layihənin mühüm vəzifələrindən biri heyvanların mühafizəsi olacaq.

Bundan başqa, ekoloji layihə özündə davamlı inkişafa, tsiklik iqtisadiyyata və təbiətdən səmərəli istifadəyə, bərk məişət tullatılarına, ekomonitorinqə, ağıllı ağac əkməyə və səmərəli meşə istifadəçiliyinə, ekotransporta, ekoloji turizmə, ekosertifikasiyaya və ekspertizaya yönəlmiş informasiya seminarlarını və aksiyalarını ehtiva edəcək.

Mətbuat xidməti bildirir ki, partiya artıq bu layihə üzrə iş aparır, indi o, federal əhəmiyyət kəsb edəcək.

Teqlər:
Vladimir Putin, Stiven Siqal, Baykal

Əsas mövzular