23:24 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Sınaqlar zamanı vaksin iştirakçıların 100 faizində davamlı humoral və hüceyrə səviyyəsində immun cavabını formalaşdırıb və onlarda heç bir meyar üzrə ciddi arzuolunmaz hal aşkar edilməyib.

BAKI, 8 sentyabr — Sputnik. Rusiyanın COVID-19 əleyhinə "Sputnik V" vaksininin ilk partiyası mülki dövriyyəyə buraxılıb və yaxın zamanlarda onun regionlara tədarükü gözlənilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik qeyd edir ki, vaksin bütün zəruri laboratoriya sınaqlarından keçib.

Rusiyanın Birbaşa İnvestisiyalar Fondu və Qamaleya Mərkəzinin yaratdığı COVID-19 əleyhinə "Sputnik V" adlı peyvənd avqustda qeydiyyatdan keçib.

Sınaqlar zamanı vaksin iştirakçıların 100 faizində davamlı humoral və hüceyrə səviyyəsində immun cavabını formalaşdırıb və onlarda heç bir meyar üzrə ciddi arzuolunmaz hal aşkar edilməyib.

Bununla yanaşı, peyvənd edilmiş könüllülərdə virusu neytrallaşdıran anticisimlərin səviyyəsi sağalmış insanlardakı anticisimlərin səviyyəsindən 1,4-1,5 dəfə artıq olub.

Əsas mövzular