Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlandı

© AFP 2023 / LIONEL BONAVENTUREШкольники, фото из архива
Школьники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün).

BAKI, 8 sentyabr — Sputnik. 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayacaq, iyunun 14-də başa çatacaq.

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun. Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün).

Xəbər lenti
0