Virtual məktəbdə qeydiyyat dayandırılır

© REUTERS / HAMAD I MOHAMMEDДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.

BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 8-dən etibarən Virtual məktəbdə qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.

Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək. Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və Virtual məktəb platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.

Xəbər lenti
0