"Dəniz kuboku"nun bağlanış mərasimi keçirildi - VİDEO

© AR Ministry of Defence“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi
“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
"Dəniz kuboku" müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant N.Osmanov çıxış edərək müsabiqənin gedişatı və nəticələrindən danışıb.

BAKI, 4 sentyabr — Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsinin sentyabrın 4-də bağlanış mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edən general-leytenant Nizam Osmanov, Rusiyanın Müdafiə nazirinin birinci müavini ordu generalı Ruslan Tsalikov və digər qonaqlar iştirak ediblər.

Tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayıb.

"Dəniz kuboku" müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant N.Osmanov çıxış edərək müsabiqənin gedişatı və nəticələrindən danışıb.

Azərbaycan və "Dəniz kuboku" haqqında videoçarx nümayiş edildikdən sonra qalibiyyət kuboku və "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandaların dövlət bayraqları meydana gətirilib.

Qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

1/3
2/3
3/3
1/3
2/3
3/3

Yarışda bərabər xal toplayaraq birinciliyi paylaşan Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib.

Ordu generalı R.Tsalikov çıxış edərək ölkəmizin "Dəniz kuboku" müsabiqəsinin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə yekun nitqi ilə çıxış edən general-leytenant K.Vəliyev müsabiqənin Xəzəryanı ölkələrin hərbi dənizçilərinin daha yaxından tanış olmaları, qarşılıqlı münasibətlər və əməkdaşlığın güclənməsi, hərbçilər arasında yoldaşlıq mühitinin yaranmasına xidmət etdiyini bildirib, tədbir iştirakçılarına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb və "Dəniz kuboku" müsabiqəsini bağlı elan edib.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi sentyabrın 4-də artıq Bakı limanını tərk edib.

Xəbər lenti
0