Xarici ölkə vətəndaşı Goranboyda qəzaya düşdü

© Sputnik / Rahim MammadovHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan qeydiyyat nişanlı iritonnajlı avtomobilin qəzaya düşməsinə ilkin səbəb kimi yük avtomobilinin təkərinin partlaması göstərilir.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr - Sputnik. Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, yük avtomobilinin sürücüsü qəflətən idarəetməni itirərək avtomobili dəmir araksəmələrə vurub.

Nəticədə yol-təsərrüfatına xeyli ziyan dəyib. İritonnajlı avtomobil qəza baş verən ərazidən çıxarılıb. Magistral yolda yaranan bir neçə dəqiqəlik tıxac aradan qalxıb. Hadisəyə ilkin səbəb kimi yük maşınının təkərinin partlaması göstərilir.

© Sputnik / Rahim Mammadov
Hadisə yerində - Sputnik Azərbaycan
1/3
© Sputnik / Rahim Mammadov
Hadisə yerində - Sputnik Azərbaycan
2/3
© Sputnik / Rahim Mammadov
Hadisə yerində - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Qeyd edək ki, bir neə gün öncə Goranboy ərazisndə bitum daşıyan yük maşını qəzaya düşmüşdü.

Xəbər lenti
0