Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus Berluskonini xəstəxanalıq edib

© AFP 2023 / ANDREAS SOLAROSilvio Berluskoni
Silvio Berluskoni - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliya mətbuatı xəbər verir ki, Berluskoninin 30 yaşlı həyat yoldaşı Marta Faşina da virusa yoluxub.

BAKI, 4 sentyabr — Sputnik. İtaliyanın koronavirusa yoluxmuş keçmiş Baş naziri, 83 yaşlı Silvio Berluskoni gecəni Milan xəstəxanasında keçirməli olub.

Sputnik Azərbaycan "BBC" telekanalına istinadən xəbər verir ki, məlumatı onun sağçı "Forza Italia" partiyası yayıb və onun vəziyyətinin narahatlıq doğurmadığını bildirib.

Mediamaqnatın və iki uşağının Sardiniyada istirahət etdikdən sonra çərşənbə günü koronavirusa yoluxduğu məlum olub.

"COVID-19-un inkişafını izləmək üçün kiçik profilaktik hospitalizasiya lazım gəlib, lakin o, yaxşıdır", – "Forza Italia" partiyasından olan senator Lisia Ronzulli bildirib.

Berluskoni cümə axşamı Milan şəhərinin şimalındakı villasından San Raffaele Xəstəxanasının təcridxanasına köçürülüb. Onun şəxsi həkimi Alberto Zangrillo onun asimptomatik olduğunu deyib.

İtaliya mətbuatı xəbər verir ki, Berluskoninin 30 yaşlı həyat yoldaşı Marta Faşina da virusa yoluxub. "Forza Italia" partiyasından olan parlamentari Faşina Berluskoni ilə birgə təcrid olunub.

Xəbər lenti
0