Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan hərbçiləri festivalda qalib gəliblər

© AR Ministry of DefenceАзербайджанские военнослужащие на фестивале «Дружба без границ» в Москве
Азербайджанские военнослужащие на фестивале «Дружба без границ» в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Festivalda hərbçilər təmsil etdikləri ölkələrin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa ediblər

BAKI, 4 sentyabr — Sputnik. "Beynəlxalq Ordu Oyunları – 2020" çərçivəsində Moskvada keçirilən "Sərhədsiz dostluq" Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edib.

Sputnik Azərbaycan xəbər verir ki, festivalda hərbçilər təmsil etdikləri ölkələrin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa ediblər.

© AR Ministry of Defence "Sərhədsiz dostluq" Milli Mədəniyyətlər festivalında
Azərbaycan hərbçiləri festivalda qalib gəliblər - Sputnik Azərbaycan
"Sərhədsiz dostluq" Milli Mədəniyyətlər festivalında

Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.

Festivalda uğurla çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı "Qızıl səs" vokal nominasiyası üzrə birinci, "Rəqs ritmləri" nominasiyası üzrə isə ikinci yerə layiq görülüb.

Xəbər lenti
0