16:00 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
31 0 0

Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, Avropa İttifaqının əksər ölkələrinin mövqeyi fərqli olub, onlar Lukaşenkonun adının sanksiya siyahısına daxil olmasını istəyiblər.

BAKI, 4 sentyabr — Sputnik. Avropa İttifaqı Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq etməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri məlumat yayıb.

"Sanksiyanın tətbiq olunmasının əleyhinə ilk növbədə Fransa və İtaliya tərəfindən Almaniya çıxıb", - deyə nəşr yazır.

Qeyd olunur ki, bu ölkələrin liderləri "dialoq üçün kanalları açıq saxlamaq istəyirlər".

Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, Avropa İttifaqının əksər ölkələrinin mövqeyi fərqli olub, onlar Lukaşenkonun adının sanksiya siyahısına daxil olmasını istəyiblər.

Qeyd edək ki, Belarusda üç həftədən artıq müddətdir ki, avqustun 9-u prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Əsas mövzular