00:00 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
52511

Lakin məlumdur ki, 25 yaşlı Xəqan Zeynalovu (Xan Əhmədlinskini) sifarişi yerinə yetirdikdən sonra onu avtomobildə gözləyən şəriki Əmir Həmidli öldürməli imiş.

BAKI, 2 sentyabr — Sputnik. Tükiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun (Quli) cinayət işi üzrə istintaqın təfərrüatları açıqlanıb. Bu barədə Sputnik Azərbaycan "Primecrime" nəşrinə istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, Nadir Səlifovun qatili əvvəlcədən Qulinin ətrafına yerləşdirilməyib. O, artıq Səlifovun etibarlı adamı olduğu vaxt "ələ alınıb". Hələlik bunun şantaj və ya pul qarşılığında edildiyi bilinmir, lakin məlumdur ki, 25 yaşlı Xəqan Zeynalovu (Xan Əhmədlinskini) sifarişi yerinə yetirdikdən sonra onu avtomobildə gözləyən şəriki Əmir Həmidli öldürməli imiş.

Qeyd edək ki, Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib. O, avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xəqan Zeynalov ("Xan Əhmədlinski") adlı şəxs tərəfindən öldürülüb.

Qətl anında Lotu Quli nömrəsində arxası qapıya oturaraq qumar oynayırmış. Ondan savayı otaqda daha iki nəfər, o cümlədən mühafizəçisi varmış. İçəri daxil olan qatilə - Xaqan Zeynalova (Xan Bakinski) heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan Səlifovun etibarını qazanaraq onun dəstəsinə qoşulubmuş. O, qanuni oğrunu ənsəsindən güllələyib.

Qulinin mühafizəçisi cavab atəşi açsa da, Zeynalov hadisə yerindən uzaqlaşıb. Bir qədər sonra onu Dənizli şossesində polislər yaxalayıblar.

Lotu Quli müasir oğru dünyasının ən məşhur üzvlərindən idi. 1972-ci ildə doğulan Nadir Səlifov Azərbaycanın koloniyalarında uzun illər keçirib. 2000-ci ildə qanuni oğru olub. Son vaxtlar Rusiyada da koloniyalara nəzarət edən Quli ilə rəqibləri arasında münaqişələr artmışdı.

Rövşən Lənkəranski ilə Qulinin arası Rusiyada tərəvəz və göyərti bazarının bölüşdürülməsi zamanı dəyib. 2016-cı ildə Lənkəranskini İstanbulda güllələyəndən sonra Quli və ətrafını bu qətldə birinci şübhəli bilmişdilər. Lənkəranskinin ölümündən sonra onun tabeliyində olan Yekaterinburqdakı tərəvəz bazası Qulinin əlinə keçmişdi.

2019-cu il mayın 6-da xəbər yayıldı ki, Azərbaycandan olan qanuni oğrular Lotu Qulini onun Rusiyadakı obyektlərindən sıxışdırıb çıxarmağa başlayıblar. Onlar arasında Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski), eləcə də Əli Heydərovun (Kürən Albert) adları çəkilir.

Əsas mövzular