13:00 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Stansiyaların quraşdırılacağı yer "Bakı Taksi Xidməti" MMC-nin parkı və Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisidir.

BAKI, 2 sentyabr — Sputnik. Bakıya gətirilən yeni London taksiləri üçün də elektrik doldurma stansiyalarının quraşdırılması planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, stansiyaların quraşdırılacağı yer "Bakı Taksi Xidməti" MMC-nin parkı və Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisidir:

"Hal-hazırda 50 ədəd yeni "LEVC TX" modelli taksi istifadəyə verilib. Avtomobillər Bakı şəhərinin müxtəlif yerlərində və "Azpetrol" yanacaqdoldurma məntəqələrində mövcud olan elektrik doldurma stansiyalarında, eyni zamanda, ev şəraitində də elektriklə təmin edilə bilərlər. Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Taksi Xidməti" MMC-nin parkında və Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində də elektrik stansiyalarının quraşdırılması planlaşdırılır".

Xatırladaq ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksisi smart konfiqurasiyalıdır və 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Əsas mövzular