06:46 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Metronun "Nizami", "Elmlər Akademiyası" və "İçəri şəhər" stansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik "BakuBus" avtobusları hazırdır.

BAKI, 31 avqust — Sputnik. Səhər və axşam pik saatlarında sərnişin axınını idarə etmək məqsədilə tələbat olan istiqamətlərdə əlavə sayda avtobuslar cəlb edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, metronun "Nizami", "Elmlər Akademiyası" və "İçəri şəhər" stansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik "BakuBus" avtobusları hazırdır.

Əsas mövzular