Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuda COVID-19-a qarşı kütləvi peyvəndləmənin başlama vaxtı bilindi - Bu bir ilkdir

© Sputnik / AFK Sistema / Mediabanka keçidПроизводство вакцины от COVID-19 на фармацевтическом заводе "Биннофарм"
Производство вакцины от COVID-19 на фармацевтическом заводе Биннофарм - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustda Rusiya Səhiyyə Nazirliyi dünyada ilk COVID-19 peyvəndini qeydiyyatdan keçirib. Peyvəndi Qamaleya Mərkəzi ilə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) hazırlayıb.

BAKI, 31 avqust — Sputnik. Risk qruplarından olan insanların koronavirusa qarşı kütləvi peyvəndlənməsi noyabr-dekabr aylarında başlayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

O əlavə edib ki, elə həmin vaxt preparat bölgələrə çatdırılacaq. Bu həftə isə qeydiyyatdan sonrakı tədqiqatlar başlayacaq.

"40 min könüllüdən ibarət qrup yığılır. Bu, böyük əhali qrupu üzərində bütün nüansları, detalları izləməyə imkan verəcək plasebo-nəzarət araşdırmalarıdır. Biz görürük ki, vaksin effektivdir, təhlükəsizdir", - nazir qeyd edib.

Avqustda Rusiya Səhiyyə Nazirliyi dünyada ilk COVID-19 peyvəndini qeydiyyatdan keçirib. Peyvəndi Qamaleya Mərkəzi ilə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) hazırlayıb. Preparata "Sputnik V" adı verilib.

RBİF rəhbəri Kiril Dmitriyev bildirib ki, 20-dən çox ölkə peyvəndin milyard dozasını almaq üçün fonda müraciət edib. O qeyd edib ki, Rusiya vaksinin beş ölkədə istehsalı barədə razılığa gəlib, mövcud istehsal gücləri ildə 500 milyon doza istehsal etməyə imkan verir.

Xəbər lenti
0