19:21 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Nilgün Balkaç 1987-ci ildən bəri TRT kanalında fəaliyyət göstərir. Uzun illər ölkənin müxtəlif televiziya kanallarında çalışan jurnalist dublyaj sahəsində də fəaliyyət göstərib.

BAKI, 31 avqust — Sputnik. TRT kanalının müxbiri Nilgün Balkaçın canlı yayım zamanı halı qəfil pisləşib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Beləki, 30 avqust Türkiyənin Zəfər Bayramı münasibətilə hazırlanan canlı yayımda havanın isti olması səbəbilə Nilgün Balkaçın ürəyi gedib.

Dörd saat fasiləsiz proqram aparan xanımın vəziyyətinin hazırda yaxşı olduğu bildirilib.

Məlumat üçün bildirək ki, Nilgün Balkaç 1987-ci ildən bəri TRT kanalında fəaliyyət göstərir. Uzun illər ölkənin müxtəlif televiziya kanallarında çalışan jurnalist dublyaj sahəsində də fəaliyyət göstərib.

Əsas mövzular