Azərbaycan tankçıları müsabiqədə yarımfinala yüksəldi - VİDEO

© AR Ministry of DefenceAzərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan hərbçilərinin komandası müsabiqənin şərtlərinə əsasən, sərrast atəşlə 3 hədəfi məhv edib.

BAKI, 31 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2020"nin "Tank biatlonu" müsabiqəsinə qatılan Azərbaycan tankçıları yarışların növbəti günündə "Fərdi sürücülük" mərhələsində mübarizə aparıblar.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlar qrupda Çin, Belarus və Serbiya tankçılarına qarşı fərdi ustalıqlarını nümayiş etdiriblər.

Azərbaycan komandası müsabiqənin şərtlərinə əsasən, sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəlib.

Xəbər lenti
0