Tanınmış müğənni: "Sanki üzərimizdə eksperiment aparılır"

© © Courtesy of Nura SuriНура Сури
Нура Сури - Sputnik Azərbaycan
Abunə olmaq
"Karantin girəndən hamı cinayətkar kimi görünür. Orada onu cərimələdilər, burada bunu tutdular. Vallah, əsəb dözmür".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik.  Son günlər bəzi saytlarda "Nura Surinin oğlu koronavirusa yoluxub" başlığı altında xəbərlərin yayılması populyar müğənnini özündən çıxarıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Facebook" səhifəsində oğlu haqqında yazdığı statusu dəyişdirilərək paylaşıldığını iddia edib:

"Mənim statusumu bəzi saytlar kəsib-doğrayıb "Nuranın oğlu virusa yoluxdu" başlığı ilə yayıblar. Düşünürəm ki, bunu bilərəkdən ediblər və əməlli-başlı virusun reklamı ilə məşğuldurlar. Sizə deyəcək söz tapmadım. Kim nə məqsədlə edibsə, Allah min əvəzini versin".

Müğənni eyni zamanda, Operavtiv Qərargahın qəbul etdiyi qərarları da tənqid edib: "Karantin girəndən hamı cinayətkar kimi görünür. Orada onu cərimələdilər, burada bunu tutdular. Vallah, əsəb dözmür. Qorxu hissi xəstəlikdən daha pisdir. Etməyin belə. İşsizdir insanlar. Çətindir. Dözmək mümkün deyil. İdman zallarını açın. Rayonlara gediş-gəlişi açın. Kommunal xərclərə endirim edin. İnterneti pulsuz edin (online oxuyur uşaqlar). Məktəbləri açın. Restoranları açın. Elə bil 6 aydır qorxulu filmdə yaşayırıq. Sanki üzərimizdə eksperiment aparılır".

Xəbər lenti
0