13:32 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Kataloniyada yeni yaradılan Azərbaycan Evində Azərbaycan və Gürcüstan icmaları birgə tədbirlər keçirəcəklər

BAKI, 30 avqust — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü ilə İspaniyanın Barselona şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, pandemiya ilə bağlı mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən müxtəlif xalqların icma üzvləri iştirak ediblər.

Mərasim “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin 5 illik fəaliyyətini və Azərbaycan Evinin qurulması prosesini özündə əks etdirən videoçarxların nümayişi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu mühüm hadisə münasibətilə İspaniya azərbaycanlılarına təbriki ilə başlayıb.

  • Barselonada Azərbaycan Evinin açılış mərasimi
    © Photo : State Committee on Work with Diaspora of the Republic of Azerbaijan
  • Barselonada Azərbaycan Evinin açılış mərasimi
    © Photo : State Committee on Work with Diaspora of the Republic of Azerbaijan
  • Barselonada Azərbaycan Evinin açılış mərasimi
    © Photo : State Committee on Work with Diaspora of the Republic of Azerbaijan
1 / 3
© Photo : State Committee on Work with Diaspora of the Republic of Azerbaijan
Barselonada Azərbaycan Evinin açılış mərasimi

Tədbirdə “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, cəmiyyətin İdarə Heyətinin üzvü Nərmin Salayeva, Gürcüstanın Barselonadakı baş konsulu Ketevan Gogolashvili çıxış ediblər. Natiqlər Azərbaycan Evinin fəaliyyətinin Barselonada və ümumilikdə İspaniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək,  milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı baxımından yüksək qiymətləndiriblər. Azərbaycan Evinin Barselona şəhərinin multikultural simasında özünəməxsus yer tutacağı, burada Azərbaycan və Gürcüstan icmalarının birgə tədbirlərinin keçirilməsinin önəmi vurğulanıb.

Azərbaycan Evində hər ay mütəmadi olaraq gerçəkləşdirilməsi nəzərdə tutulan 7 yeni və fərqli layihə barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniya, İtaliya, Polşa, Macarıstan, Türkiyə, Estoniya və digər ölkələrdə Azərbaycan evləri fəaliyyət göstərir.

Əlaqədar

Təxribat qurbanı olmamaq üçün: Türkiyədəki həmkarlara xəbərdarlıq edildi
Türkiyədə Azərbaycana dəstək aksiyaları davam edir
Diaspor Komitəsi xaricdəki azərbaycanlılara müraciət edib: Təxribata uymayın
Avstraliyadakı səfirliyimizə qarşı vandalizm aktı törədilib - FOTO

Əsas mövzular