Tələbələrin Bakıya gəlməsinin mexanizmi işlənilir

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hacıyev deyib ki, bu il qəbul olunan tələbələr, hələlik ki, tələbə kartı olmayanların isə Bakıya gəlişi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib

BAKI, 29 avqust — Sputnik. "Rayon qeydiyyatında olan və ali məktəblərdə təhsil alan tələbələrin Bakıya gəlməsi üçün Təhsil Nazirliyi, DİM və hüquq-mühafizə oranları tərəfindən mexanizm işlənilir. Kimin tələbə kartı varsa, onlar daha asanlıqla Bakıya gələ bilər".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil olunan brifinqdə deyib.

H.Hacıyev deyib ki, bu il qəbul olunan tələbələr, hələlik ki, tələbə kartı olmayanların isə Bakıya gəlişi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.

Xəbər lenti
0