19:54 15 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
8101

Metronun fəaliyyətinə gəldikdə isə potensial risk amilləri var. Bu da xüsusi ilə metronun ventilyasiya sistemi ilə əlaqədardır.

BAKI, 29 avqust — Sputnik. "5 avqustdan yumşaldılma  ilə bağlı addımlar atılır. Bakı Nəqliyyat Agentliyi tərəfindən xətdə olan avtobusların sayı artırıldı ki, sıxlıq aradan qaldırılsın. Tədris mövsümü ilə əlaqədar olaraq da sıxlığın olması nəzərə alınacaq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təşkil olunan brifinqdə deyib.

O bildirib ki, metronun fəaliyyətinə gəldikdə isə potensial risk amilləri var. Bu da xüsusi ilə metronun ventilyasiya sistemi ilə əlaqədardır. Bu səbəbdən metronun açılması ilə bağlı qərarların verilməsində yenə də müzkirələrin aparılması vacibdir. H.Hacıyev həftəsonu ictimai nəqliyyatın açılmasınının da müzakirə olunduğunu deyib.

 

 

Əsas mövzular