"Qara Pantera" vəfat edib

© REUTERS / Danny Moloshok Çedvik Bouzman
Çedvik Bouzman - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə Bouzmana üçüncü mərhələdə olan yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub. Sonradan xəstəlik dördüncü mərhələyə keçib.

BAKI, 29 avqust — Sputnik. "Marvel" Kinematoqrafiya Kainatında oynadığı "Qara Pantera" (Black Panther) superqəhrəman roluna görə tanınmış amerikalı aktyor Çedvik Bouzman ömrünün 43-cü ilində dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun rəsmi "Twitter" səhifəsində bildirilir.

"Hədsiz kədərlə biz Çedvik Bouzmanın vəfat etdiyini təsdiqləyirik", – məlumatda bildirilir.

2016-cı ildə Bouzmana üçüncü mərhələdə olan yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub. Sonradan xəstəlik dördüncü mərhələyə keçib. Aktyor dörd il xəstəliklə mübarizə aparıb. O, evində ölüb.

Çedvik Bouzman ən çox "Marvel" Kinematoqrafiya Kainatında oynadığı "Qara Pantera" rolu ilə məşhur olub. "Qara Pantera" kinostudiyanın ilk Afrika mənşəli superqəhrəmanıdır. Bundan başqa Bouzman "42", "Misir tanrıları", "Marşal" kimi filmlərdə rol alıb.

Xəbər lenti
0