Nazir məktəblərin açılmasından danışdı - Dərslər bu qaydada keçiriləcək

© AR Ministry of EducationTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan
Abunə olmaq
"Nəzərdə tutulub ki, dərslər həftədə 2-3 dəfə olmaqla keçirilsin. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq".

BAKI, 27 avqust — Sputnik. "Sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə təhsil naziri Emin Əmrullayev söyləyib.

O, bildirib ki, prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur. Nəzərdə tutulub ki, dərslər həftədə 2-3 dəfə olmaqla keçirilsin. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq. X-XI siniflər üçün əyani dərsin oktyabrın 1-dən başlaması düşünülür. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər".

Xəbər lenti
0