Məktəbəhazırlıq qrupları dərsə belə gedəcək

© Photo : Department of Education for Baku CityMəktəbəhazırlıq qrupu, arxiv şəkli
Məktəbəhazırlıq qrupu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir bildirib ki, qruplar 2 hissəyə bölünəcək: "Həftədə 2 dəfə bir qrup, digər 2 gündə isə digər qruplar gələcək”.

BAKI, 27 avqust — Sputnik. Məktəbəhazırlıq qruplarında bu il 120 minə qədər uşağın təhsil alacağı gözlənilir. Bu il oktyabrın 1-dən məktəbəhazırlıq qruplarında dərslər başlayacaq və həftədə 2 dəfə olmaqla dərslər keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə,  bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib. O, bildirib ki, qruplar 2 hissəyə bölünəcək: "Həftədə 2 dəfə bir qrup, digər 2 gündə isə digər qruplar gələcək. Bu proses noyabrln 2-ə qədər davam edəcək”.

Xəbər lenti
0