CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM abituriyentlərə müraciət etdi

© Sputnik / Murad OrujovВступительные экзамены в вузы по II и III группам специальностей
Вступительные экзамены в вузы по II и III группам специальностей - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ixtisasa qəbul olmaq üçün müsahibədə iştirak etmək istəyən abituriyentlər 31 avqust-2 sentyabr tarixlərində DİM-in saytında Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçə biləcəklər.

BAKI, 27 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ixtisasa qəbul olmaq üçün müsahibədə iştirak etmək istəyən abituriyentlər 31 avqust-2 sentyabr tarixlərində DİM-in saytında Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçə biləcəklər. İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. 

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşü­nas­lıq ixtisasını da seçə bilərlər. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilirlər. Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən, ümumi balı 150, o cümlədən, qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd edə biləcəklər. III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.

Xəbər lenti
0