00:27 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
58530

"Mən Donald Trampı dəstəkləyirəm, çünki o, mənim kimi əmindir ki, güclü Amerika sonsuz müharibələr apara bilməz", - senator deyib.

BAKI, 26 avqust — Sputnik. Respublikaçılar partiyasından olan amerikalı Rend Pol əmindir ki, Co Baydenin ABŞ prezidenti seçilməsi ölkəni çoxsaylı müharibələrə cəlb edəcək.

Sputnik Azərbaycan "NBC News" telekanalına istinadən xəbər verir ki, Rend Pol bu barədə respublikaçıların qurultayında bildirib.

"Co Bayden daim yeni müharibələrə çağırır. O, İraqdakı münaqişənin lehinə səs verib. Donald Tramp uzun müddət bunu "nəslimizin ən pis geosiyasi səhvi" adlandırıb. Baydenin müharibəni yenidən seçəcəyindən qorxuram. O, Serbiya, Suriya və Liviyadakı müharibələri dəstəkləyib. Co Bayden qanımızı tökməyə və pulumuzu xərcləməyə davam edəcək", - Rend Pol deyib.

Demokratların namizədinə əks olaraq, Rend Pol "yeni münaqişələrə başlamaq əvəzinə silahlı münaqişələri bitirmək" istəyən Donald Trampı nümunə gətirib.

Senator deyib: "Mən Donald Trampı dəstəkləyirəm, çünki o, mənim kimi əmindir ki, güclü Amerika sonsuz müharibələr apara bilməz".

Bir qədər əvvəl respublikaçıların Donald Trampı ikinci prezidentlik müddətində rəsmən irəli sürdüyü məlum olub.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Trampın əsas rəqibi demokratların namizədi Co Bayden olacaq.

Əsas mövzular