Kommunizmə rəğbət bəsləyən Hollivud aktyoru vəfat edib

© © Jason Merritt / Getty Images For Cinemoi / AFPAllan Riç, arxiv şəkli
Allan Riç, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyor 2014-cü ilə qədər ümumilikdə 100-dən artıq filmdə iştirak edib. O, bundan başqa, bir çox əsərlərin də müəllifidir.

BAKI, 26 avqust — Sputnik. Kommunizmə rəğbət bəsləməkdə ittiham olunaraq Hollivudda qara siyahıya salınan amerikalı aktyor Allan Riç vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, əsl adı Benjamin Şultz olan Allan Riç 94 yaşında Nyu Çersidəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Riç 1926-cı ildə Nyu-Yorkda anadan olub. 1943-cü ildə filmlərə çəkilməyə başlayıb. 1953-cü ildə kommunist elan edilən Riçin aktyorluq karyerası müvəqqəti dayandırılıb.

On il sonra yenidən ekranlara qayıdan aktyor Sidni Lyumetanın "Serpico", Karel Reyşanın "The Qambler", Frensis Ford Koppolanın "Cek" və Emi Amy Holden Consun "Varlı adamın arvadı" kimi filmlərdə rol alıb.

Aktyor 2014-cü ilə qədər ümumilikdə 100-dən artıq filmdə iştirak edib. O, bundan başqa, bir çox əsərlərin də müəllifidir.

Xəbər lenti
0