18:04 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apelyasiya müraciəti edə biləcəklər.

BAKI, 24 avqust — Sputnik. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apelyasiya müraciəti etmək imkanı yaradılacaq. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apelyasiya müraciəti edə biləcəklər. Yeni tədris ili başlamazdan öncə namizədlərin apelyasiya müraciətlərinə baxılacaq.

Qeyd edək ki, bu gün fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3550 namizədin iştirakı nəzərdə tutulur. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Əsas mövzular