Balakənə sel gəlib - VİDEO

© Photo : REPORTСель в селе Дизя Шарурского района Нахчыванской Автономной Республики
Сель в селе Дизя Шарурского района Нахчыванской Автономной Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, aran rayonlarında 32-37, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub

BAKI, 22 avqust — Sputnik. Ötən gecə Balakən ərazisinə 45 mm yağış yağıb və nəticədə Balakənçayda sel yaranıb. Bu barədə Sputnik Azərbacan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Hazırda Zaqatala rayonunda güclü yağış yağır.

Faktiki hava durumuna görə, avqustun 22-si səhərədək bəzi şimal-qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib. 

Düşən yağışın miqdarı Ceyrançöl, Qrız, Daşkəsən, Zaqatalada 1 mm olub. Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ağstafada 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 28 m/s, Bakıda 27 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, aran rayonlarında 32-37, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub.

Xəbər lenti
0