Virusa yoluxma sayı açıqlandı - Yenə də artım

© Photo : Central Customs Hospital / Famil MahmudbeyliТест на коронавирус в Госпитале Таможенного Комитета, фото из архива
Тест на коронавирус в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

BAKI, 21 avqust — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində məlumat verilib. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

O bildirib ki, 2 nəfər xəstə vəfat edib. Bu günki test sayı 5986 təşkil edir. İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbər lenti
0