Türkiyədə 30 vilayətdə yendən karantin rejimi tətbiq edilir

© AFP 2023 / OZAN KOSEСитуация в связи с эпидемиологической обстановкой в Стамбуле
Ситуация в связи с эпидемиологической обстановкой в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşı 65 yaşdan böyük şəxslərin birinci dərəcəli yaxın qohumlarının mərasimləri xaric, toy, nişan, xınayaxdı, yas mərasimləri və bu kimi kütləvi tədbirlərə qatılmalaraına qadağa qoyulub.

BAKI, 19 avqust — Sputnik. Türkiyənin 30 vilayətində yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqdar yaşı 65-dən yuxarı olanların küçəyə çıxmalarına və əhalinin sıx olduğu yerlərdə hərəkətinə qadağa qoyulub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 24 saatda Türkiyənin Erzincan, Eskişehir, Mardin, Ordu, Kastamonu, Ankara, Bursa, Kütahya, Batman, Sivas, Manisa, Kırıkkale, Aksaray, Bartın, Elazığ, Kayseri, Şanlıurfa, Yalova, Siirt, Kahramanmaraş, Malatya ve Düzce də daxil olmaqla Türkiyənin 30 vilayətində yaşı 65-dən yuxarı olanlara yeni qadağalar tətbiq olunacaq.

Belə ki, adı qeyd edilənlər vilayətlərdə 65 yaşdan böyük şəxslərin məhəllə daxili mağazalar, bazaralar istisna olmaqla digər mağazalr, obyektlər, ticarət mərkəzləri və s. getmək qadağan edilib.

Qeyd edək ki, 65-dən yuxarı yaş qrupu və xroniki xəstəlikləri olanların 30 vilayətdən İzmirdə 10.00-12.00, Tuncelidə, Balıkesirde, Konyada 10.00-20.00 vaxt çərçivəsində küçəyə çıxmalarına məhduiyyət qoyulub. Yaşı 65 yaşdan böyük şəxslərin birinci dərəcəli yaxın qohumlarının mərasimləri xaric, toy, nişan, xınayaxdı, yas mərasimləri və bu kimi kütləvi tədbirlərə qatılmalaraına qadağa qoyulub.

Xəbər lenti
0