CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda 1 ton narkotik "yabanı" şəkildə bitibmiş - Təbiətin möcüzəsi

© AP Photo / Armando FrancaУничтожение наркотиков, фото из архива
Уничтожение наркотиков, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

BAKI, 19 avqust — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi 1 ton 360 kq olan 722 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0