CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL sərnişinlərə müraciət etdi

© Photo : AZALПассажирский самолет AZAL
Пассажирский самолет AZAL - Sputnik Azərbaycan
Abunə olmaq
Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür.

BAKI, 17 avqust — Sputnik. AZAL sərnişinlərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə qeyd edilib ki, 2020-ci ilin 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən aviabiletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər.

Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

"Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür" - müraciətdə deyilir.

Xəbər lenti
0