01:02 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
106 0 0

Belarus hökuməti Konstitusiyaya uyğun olaraq seçilmiş prezident qarşısında istefa verib, lakin işini yenidən təsdiqlənənə qədər davam etdirəcək.

BAKI, 17 avqust — Sputnik. Belarus hökuməti yeni seçilmiş prezident qarşısında səlahiyyətlərini dayandırıb. Sputnik Belarus xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı avqustun 15-də Milli Hüquq Portalında dərc edilib.

Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Baş nazir Roman Qolovçenko Konstitusiyanın 106-cı maddəsi və "Belarus Respublikası Nazirlər Şurası haqqında" 23 iyul 2008-ci il tarixli Qanunun 4-cü maddəsinə uyğun olaraq Belarus Respublikası hökumətinin səlahiyyətlərini dayandırması haqqında qərar qəbul edib.

Eyni zamanda prezident hökumətin təsdiqlənənə qədər işini davam etdirəcəyinə dair fərman verib. Aleksandr Lukaşenko seçkilərdən sonra hazırkı hökumətin tərkibinin dəyişməz qalacağını deyib.

Əsas mövzular