01:02 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
211 0 0

İşləyən əhalinin əksəriyyəti iş saatlarını oturaq vəziyyətdə keçirir. Ofis işçiləri, sürücülər, müxtəlif müəssisələrin işçilərinin bir hissəsi, eləcə də bir çox başqaları kresloya sanki zəncirlənib.

BAKI, 17 avqust — Sputnik. Oturaq vəziyyət insanın sağlamlığı və işinin effektivliyi üçün ən əlverişsiz vəziyyətdir. Bu barədə kardioloq Vladimir Xoroşev bildirib.

Sputnik radiosuna müsahibəsində Xoroşev oturaq həyat tərzinin təhlükəli fəsadlarını qeyd edib və ofis üçün faydalı alternativ təklif edib.

İşləyən əhalinin əksəriyyəti iş saatlarını oturaq vəziyyətdə keçirir. Ofis işçiləri, sürücülər, müxtəlif müəssisələrin işçilərinin bir hissəsi, eləcə də bir çox başqaları kresloya sanki zəncirlənib. Xoroşev deyir ki, əhalinin bütün bu kateqoriyaları üçün uzun müddət oturmaq zərərlidir.

"Oturaq vəziyyət insanın fizioloji ehtiyacları baxımından ən qeyri-funksional vəziyyətdir. İnsan durarkən və ya yatarkən onun arteriyaları düzəldilmiş vəziyyətdə olur. İnsan oturan kimi damar daralır və arterial qanın ayaqlara axını kəskin şəkildə azalır. Bu çox pis haldır. Qan axınının yavaşlaması bu arteriyalarda aterosklerotik dəyişikliklərin sürətlə artmasına gətirib çıxarır ki, bu da çox ağır nəticələrə, aşağı ətrafların bütün arterial kanalının zədələnməsinə gətirib çıxarır. Təəssüf ki, sonra bu çox bahalı müalicə tələb edəcək", – kardioloq bildirib.

Oturaq işin mənfi nəticələrini fiziki məşqlər və ya daha rahat iş yeri azalda bilər.

"İnsanın oturaq həyat tərzindən qaçmaq imkanı varsa, bunu etmək lazımdır. Əbəs yerə deyil ki, müasir ofislərində ayaqüstü istifadə üçün kompüter masaları quraşdırılır. Belə bir yerdə adam oturmur, ayaqüstə dayanır. Bu funksional baxımdan daha sərfəlidir. Ancaq yadda saxlamalıyıq ki, daim ayaqüstə durmağın da ziyanı var, amma, məsələn, hər 30 dəqiqədə ayaqlarınızı hərəkət etdirsəniz zərər azalacaq. Belə sadə məşqlər əzələlərin daralmasına səbəb olacaq", - Xoroşev bildirib.

Əsas mövzular