CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin sərəncamı sərvətlərimizi üzə çıxardı

© Photo : Executive Power of Ismayilli regionİsmayıllıda
İsmayıllıda - Sputnik Azərbaycan
Abunə olmaq
İcra başçısı: "Bu ərazi qədim görməli yerlərlə doludur. İstisna deyil ki, yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlər saxlanılır

BAKI, 13 avqust — Sputnik. İsmayıllıda yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlərin saxlandığı istisna deyil. Bu sözləri İsmayıllı rayonunun icra hakimiyyətinin başçısı rəhbəri Nahid Bağırov Sputnik Azərbaycan-a Basqal kəndi yaxınlığındakı qiymətli arxeoloji tapıntıdan danışarkən deyib. O qeyd edib ki, yerin alt qatında olan qədim sübutlar təsadüfən səthə çıxıb. O, bu kəşfin birbaşa prezidentin sərəncamının nəticəsi olduğunu bildirib.

Belə ki, prezident İlham Əliyevin sərəncamı əsasında İsmayıllı rayonunda Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc-Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb. Ağır texnika işə salınıb. Lakin yolun çəkilişi zamanı inşaatçılar divar aşkar ediblər. Divarın yanında "La ilahə İllalah" yazısı olan daş da aşkarlanıb. Nadir tapıntıların aşkar olunduğu ərazidə tikinti işləri dayandırılıb, ərazi nəzarətə götürülüb.

© Photo : Executive Power of Ismayilli regionİsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov
Prezidentin sərəncamı sərvətlərimizi üzə çıxardı - Sputnik Azərbaycan
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidə olublar, aşkar olunmuş maddi-mədəniyyət nümunələrinə baxış keçiriblər.

Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı XI-XIII əsrlərə aid həndəsi, nəbati və zoomorf təsvirli şirli və şirsiz saxsı məmulatlar, şüşə qolbaq, sferokonus aşkar olunub. Ərazidən Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb. Eyni zamanda həmin ərazinin yaxınlığında Antik dövrə aid xeyli sayda saxsı qablar və bəzək əşyaları aşkar olunub. Aşkar olunan maddi-mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazılar var.

© Photo : Executive Power of Ismayilli regionİsmayıllıda aşkarlanan nadir tapıntılar
Prezidentin sərəncamı sərvətlərimizi üzə çıxardı - Sputnik Azərbaycan
İsmayıllıda aşkarlanan nadir tapıntılar

Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova qeyd edib ki, ərazidə ilkin arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Arxeoloqların verəcəyi rəy əsasında daha geniş tədqiqat işlərinin aparılmasına qərar veriləcək.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözügedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.

İcra başçısı Nahid Bağırov özü əmindir ki, bu cür tarixi artefaktlar yalnız rayonun xeyrinədir. Buradakı tarixi abidələrdən turizmin inkişafı üçün fəal şəkildə istifadə edilə bilər.

© Photo : Executive Power of Ismayilli regionİsmayıllıda aşkarlanan nadir tapıntılar
Prezidentin sərəncamı sərvətlərimizi üzə çıxardı - Sputnik Azərbaycan
İsmayıllıda aşkarlanan nadir tapıntılar

"Bu ərazi qədim görməli yerlərlə doludur. İstisna deyil ki, yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlər saxlanılır", - deyə İsmayıllı rayonunun icra başçısı bildirib.

Onu da qeyd edək ki, tarixçi-alim Sara Aşurbəyli "Şirvanşahlar dövləti" haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmin dövrlərə aid məscidin qalıqlarıdır. Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, həmin məscid məhz bu ərazidə yerləşib.

Xəbər lenti
0