"Amerikalılar, evinizə gedin!": Suriyada nə baş verir

© AP Photo / Hussein MallaАмериканские военные на позициях у города Манбидж на севере Сирии
Американские военные на позициях у города Манбидж на севере Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya artıq ABŞ ordusunun hərbçiləri üçün narahat bir yerə çevrilib. Özü də zərbələri təkcə terrorçu qrupları vurmur.

BAKI, 11 avqust — Sputnik, Nikolay Protopopov. Hərbi bazalara və patrullara hücumlar, raket atəşləri və avtomobil karvanlarının yolunda fuqasların partlaması – Suriya artıq ABŞ ordusunun hərbçiləri üçün narahat bir yerə çevrilir. Özü də zərbələri təkcə terrorçu qrupları vurmur. Amerikalıların Suriya Ərəb Respublikasında olmasından başqa kim narazıdır? Cavabı RİA Novosti-nin məqaləsində.

Hər tərəfdən

Bu yaxınlarda Suriyanın şimal-şərqindəki Haseke əyalətində ABŞ-ın hərbi bazası raket hücumuna məruz qalıb. Suriya mediasının məlumatına görə, naməlum silahlı birləşmələr bazaya hücum edib.

Son aylarda amerikalılar Suriyada daim atəşə tutulurlar və itkilər verirlər. "Naməlum" şəxslərin hücumlarına xüsusilə mobil patrullar həssasdır. Belə ki, mayın sonlarında Deyr-əz-Zor əyalətində ABŞ ordusunun hərbçilərini və "Suriya Demokratik Qüvvələri" (SDQ) qruplaşmasının döyüşçülərini aparan avtomobil karvanına avtomat, pulemyot və qumbaralarla silahlanmış dəstə hücum edib. Üç amerikalı və beş SDQ üzvü yaralanıb.

Apreldə Əl-Hasake əyalətində bir sıra hücumlar baş verib. Xüsusilə, ABŞ hərbçilərini və SDQ üzvlərini daşıyan "Hammer" zirehli avtomobili Ruveyşid kəndi yaxınlığında "naməlum şəxslər" tərəfindən atəşə tutulub. Bir neçə nəfər yaralanıb. Deyr-əz-Zorda baş vermiş oxşar insident nəticəsində ABŞ ordusunun zabiti və SDQ döyüşçüləri həlak olublar. Daha bir hücumdan sonra isə iki hərbçi itkin düşüb — onların taleyi hələ də məlum deyil.

Tez-tez patrulların yolunda partlayıcı qurğular işə salınır. Belə ki, iyulda avtomobil karvanı Deyr-əz-Zor əyalətindəki Sabha yaşayış məntəqəsində partladılıb.

Bəzən kamikadzelər bomba qoyulmuş avtomobillərdə hücum edirlər. Amerikalılar ən böyük itkiləri ötən ilin yanvarında veriblər: Suriyanın şimalındakı Mənbicdə kamikadze piyada patrulunun yanında fuqas partladıb: iki əsgər, ABŞ Müdafiə Nazirliyinin bir əməkdaşı və bir muzdlu döyüşçü həlak olub.

Pentaqonda isə Suriyadakı hücumların əksəriyyətini inadla inkar edir, onları saxta xəbər adlandırırlar.

Resurslar uğrunda mübarizə

Hərbi ekspert Yuri Lyamin RİA Novosti ilə söhbətində qeyd edib ki, ABŞ-ın və müttəfiqlərinin işğalı altında olan yerli tayfalar Amerika hərbi obyektlərinə və patrullarına hücum edə bilərlər.

"Bunlar Suriyanın şərqində və şimal-şərqində yaşayan ərəblərdir. İndi onlar faktiki olaraq amerikalıların dəstəklədiyi kürdlərin hakimiyyəti altındadır. Təbii ki, insanlar narazıdırlar, onlar hazırkı vəziyyətin qəti əleyhinədirlər, hesab edirlər ki, regiona Dəməşq nəzarət etməlidir. Buna görə də iğtişaşlar olur", – Lyamin bildirib.

Bu tayfalar adətən olduqca yaxşı silahlanmış və təlimli olurlar.

"Ölkədə uzun illərdir vətəndaş müharibəsi gedir, əhalinin əlində kifayət qədər silah var. Yalnız odlu silahlar deyil. Minaatanları, ağır pulemyotları, hətta Çin və ya ərəb istehsalı olan, Suriya və İraqda çox yayılmış yüngül 107 millimetrlik yaylım atəş sistemləri də var", — Lyamin vurğulayıb.

Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya Kafedrasının dosenti, "Rusiya Zabitləri" təşkilatının ekspert şurasının üzvü Aleksandr Perenciyev hesab edir ki, Amerika hərbçilərinə hücumlar Suriyanın resursları uğrunda koalisiyadaxili mübarizənin bir hissəsi ola bilər.

"Bu, faktiki olaraq soyğunçular arasında döyüşdür. Bir tərəfdən Pentaqon var, digər tərəfdən isə özəl hərbi şirkətlərin maraqlarına xidmət edən müxtəlif maliyyə-sənaye qrupları var ki, həmin terrorçuları silahlandıra bilər", – o bildirib.

Onun sözlərinə görə, Pentaqon da Suriya oyununda müstəqil bir qüvvə deyil və ABŞ-da müəyyən qrupları təmsil edir. Belə gizli zərbələr Suriyanın faydalı qazıntıları uğrunda mübarizənin gücləndiyini göstərir.

"Suriya ordusu hücum etsəydi Pentaqon bunu dərhal etiraf edərdi. Amma "naməlum dəstələr" deyəndə sadəcə olaraq, gizli, daxili müharibəni işıqlandırmaq istəmirlər. Bununla yanaşı, əminəm ki, amerikalılar onları kimin vurduğunu yaxşı bilirlər", – Perenciyev əlavə edib.

Xalqın qəzəbi

Amerikalıların üzərinə düşən daha bir təhlükə xalqın müqavimətidir və onun əsas məqsədi – Prezident Bəşər Əsəd dediyi kimi – Suriya ərazilərini xarici işğaldan azad etməkdir. Amerikalılardan narazı olmaq üçün kifayət qədər səbəb var.

Tez-tez amerikalıların təqsiri üzündən dinc sakinlər həlak olur. Mayda ABŞ əsgərləri Deyr-əz-Zor əyalətində sürücünü güllələyiblər — onun avtomobili guya Konniko neft yatağı yaxınlığında əsas yoldan dönüb. Hərbçilər bunu təhlükə hesab ediblər və atəş açıblar.

Fevralda isə Kamışlı şəhəri yaxınlığında yerləşən blokpostda Suriya hərbçiləri razılaşdırılmamış marşrutla hərəkət edən ABŞ ordusunun karvanını dayandırıblar. Amerikalılar yerli əhali ilə münaqişə yaradıblar. Nəticədə, əsgərlər mülki əhaliyə atəş açmağa başlayıblar. Həmin vaxt 14 yaşlı Feysəl Xalid Məhəmməd həlak olub, daha bir nəfər yaralanıb. İnsidenti yalnız rusiyalı hərbçilərin müdaxiləsindən sonra həll etmək mümkün olub.

Xəbər lenti
0