19:33 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
5401

"Hökümət üzərinə düşən tədbirləri həyata keçirir. Ancaq vətəndaşlar da çalışmalıdır ki, sadə tələblərə əməl etsin.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Avqustun 5-dən Nazirlər Kabineti yanında Operativ Qəraragahın qərarı ilə ölkədə karantin qaydaları yumşaldıldı. Çimərliklər müəyyən şərtlərlə vətəndaşların üzünə açıldı, müəyyən obyektlər, satış mərkəzlrinin də fəaliyyətinə icazə verildi.

Ölkədə mart ayından tətbiq edilən xüsusi karantin rejiminin nəticəsidir ki, bu gün koronavirus pandemiyasına yoluxma ikirəqəmliyə düşüb. Bu sevindirici haldır. Ancaq karantin qaydalarının yumşaldılmasından sui istifadə yenidən vəziyyətin kəskinləşməsi ilə nəticələnə bilər.

Millət vəkili Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin rejiminin yumşaldılmasına məsyliyyətli yanaşmaq lazımdır. Aprel və may aylarında edilən yumşaldılmalar zamanı olan səhvlər təkrar edilməməlidir: "Bütün təlimatlara əməl etmək, qoruyucu tibbi maskardan istifadə etmək və sosial məsafəni gözləmək önəmlidir".

Həmzəyev qeyd edib ki, qonşu ölkələrdə yenidən kanartin rejimində sərtləşmə müşahidə edilir.

"Hazırda Türkiyədə qaydaların sərtləşməsi müşahidə edilir. Bununla yanaşı, Belarusda prezident seçkilərini müşahidə etdik. Bilrisiniz ki, Belarus qaydaların ən az tətbiq edildiyi ölkə idi. Amma buna baxmayaraq, insanlar sosial məsafəni gözləyir, qoruyucu maskalardan istifadə edirlər" - deyən millət vəkili vurğulayıb ki, əhali qaydalara əməl etməsə, payız aylarında karantin qaydalarının yenidən sərtləşdirilməsi ola bilər.

"Hökümət üzərinə düşən tədbirləri həyata keçirir. Ancaq vətəndaşlar da çalışmalıdır ki, sadə tələblərə əməl etsin" - deyə o bildirib.

Əsas mövzular