03:09 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
232320

"Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. "Vizaları ləğv etdik. Amma bu kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik", - deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq birliyin, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin səmimi şəkildə səy göstərməsi tələb olunur: "

"Biz bu məsələ ilə bağlı qətiyyətli mövqeyimizi ortaya qoyduq. Amma bunu da dedik ki, münaqişənin diplomatik yolla, beynəlxalq hüquq çərçivəsində həlli vacibdir. Lakin qardaş Azərbaycan hansı həll yoluna qərar verəcəksə, onun yanında olacağıq", - deyə nazir vurğulayıb.

Əsas mövzular