04:31 22 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən "Dayan" əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

BAKI, 11 avqust — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi tədbirləri davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 10-u saat 03:05 radələrində "Şəmkir" sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sər­həd naryadı tərəfindən aşkar edilib.

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən "Dayan" əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

  • Azərbaycandan Gürcüstana qanunsuz yolla keçməyə cəhd edən şəxs
    © State Border Service of Azerbaijan Republic.

1 / 4
© State Border Service of Azerbaijan Republic.
Azərbaycandan Gürcüstana qanunsuz yolla keçməyə cəhd edən şəxs

Saxlanılan şəxslərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağstafa rayonu icra hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil veriliblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əsas mövzular