08:42 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Bütün müəssisələr üzrə sanitar nəzarət postları qurulub, bu postlar fərdi mühafizə vasitələri, termometrlər, dezinfeksiyaedici avadanlıq və digər vasitələrlə təchiz edilib.

BAKI, 7 avqust — Sputnik. Ədliyyə Nazirliyində onlayn qaydada ictimai müzakirə təşkil olunub. "Ədliyyə fəaliyyəti: ictimai müzakirə" mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub. İctimai müzakirədə iştirak edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov və Tibb Baş İdarəsinin Müalicə işinin təşkil idarəsinin rəisi Füzuli Hüseynov Ədliyyə Nazirliyində tibb xidmətinin təşkili işi barədə məlumat veriblər.

Bildirilib ki, demək olar ki, bütün müəssisələr üzrə sanitar nəzarət postları qurulub, bu postlar fərdi mühafizə vasitələri, termometrlər, dezinfeksiyaedici avadanlıq və digər vasitələrlə təchiz edilib. Hər bir qurumda infeksiyaya nəzarət üçün lazımi şərait yaradılıb və işlər bu gün də davam etdirilir.

Eyni zamanda penitensiar müəssislərə daxil olan bütün nəqliyyat vasitələrinin, ərazinin dezinfeksiyasına başlanılıb. Eyni zamanda, əməkdaşlar, məhkumlar arasında tibbi maska gəzdirməyin, fiziki məsafənin saxlanılmasının əhəmiyyəti, əllərin yuyulması və digər təlimatlar üzrə bütün göstərişlər çatdırılıb.

Bundan başqa, vurğulanıb ki, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən maarifləndirmə işinin önəmi diqqətə alınmaqla, hələ ilk vaxtlardan etibarən əməkdaşların bu infeksiya ilə mübarizə istiqamətində məlumatlandırılması, onlara lazımi biliklərin aşılanması ilə bağlı tabe qurumlara müvafiq göstərişlər verilib. Məhz bu istiqamətdə atılan ilk addımlardan biri kimi, yoluxma faktı aşkarlanacağı təqdirdə həmin şəxslərin dərhal müalicəsinin təmin edilməsi, təmaslara nəzarət olunması, karantin qaydalarına riayət olunmasına diqqət yetirilməsi və digər qabaqlayıcı tədbirləri görmək üçün mütəxəssislər ayrıldı, ixtisaslaşmış müalicə müəssisəsinin nəzdində xüsusi şöbələr müəyyənləşdirildi. Həmin şəxslər Həkimlərin Təkmilləşdirmə İnstitutunda kurslarda iştirak etdilər. Hazırda bu proseslər həyata keçirilir və bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, infeksiyaya tam nəzarət olunur. Nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

Əsas mövzular