Beyrutda baş verən partlayışda ölən və yaralıların sayı artdı

© REUTERS / Instagram / Michel.AbboudМашина с выбитыми стеклами на улицах Бейрута после взрыва
Машина с выбитыми стеклами на улицах Бейрута после взрыва - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

BAKI, 6 avqust — Sputnik. Livanın paytaxtı Beyrutda baş verən partlayış zamanı ölənlərin sayı 137-yə çatıb. Bu barədə Sputnik Livanın Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir.

"Çərşənbə axşamı Beyrutda baş verən partlayış zamanı 137 nəfər həlak olub, 5 min şəxs yaralanıb", - deyə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Beyrutun qubernatoru qeyd edib ki, ümumilikdə partlayış nəticəsində 300 minə yaxın şəxs evsiz qalıb.

Xəbər lenti
0