08:50 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Fransa Xarici İşlər naziri Jan-İv Le Drian bəyan edib ki, avqustun 5-i Paris Beyruta kömək məqsədilə üç təyyarə göndərilməsi ilə bağlı qərar qəbul edib.

BAKI, 5 avqust — Sputnik. Fransa Prezidenti Emmanuel Makron partlayışların baş verdiyi Beyruta səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Fransa KİV-nə istinadən xəbər verir.

Qeyd olunur ki, Fransa Prezidenti livanlı həmkarı Mişel Auno və ölkənin Baş naziri Həsən Diabla görüşlər keçirəcək.

Fransa Xarici İşlər naziri Jan-İv Le Drian bəyan edib ki, avqustun 5-i Paris Beyruta kömək məqsədilə üç təyyarə göndərilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

Əsas mövzular