03:31 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14 0 0

39 yaşlı qapıçı Madrid "Real"-ının yetirməsidir. O, komandanın heyətində 510 oyun keçirib və 2015-ci ildə klubu tərk edib.

BAKI, 4 avqust — Sputnik. Madrid "Real"ı və "Portu"-nun sabiq qapıçısı İker Kasilyas futbolçu karyerasını bitirdiyini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Kasilyas bunu öz "Twitter" səhifəsində yazıb.

"Əsas olan arzuladığınız təyinat nöqtəsi deyil, sizi müşayiət edən insanlar kimi getdiyiniz yoldur. Hər şey görülən iş və səylə qazanılır. Tərəddüd etmədən deyə bilərəm ki, bu, həm yol, həm arzu, həm də hədəf oldu. Sağ olun", - veteran qolkiper yazıb.

Qeyd edək ki, 39 yaşlı qapıçı Madrid "Real"-ının yetirməsidir. O, komandanın heyətində 510 oyun keçirib və 2015-ci ildə klubu tərk edib.

Qapıçı "Real"-ın heyətində 5 dəfə İspaniya çempionu, iki dəfə İspaniya kuboku, 4 dəfə İspaniya Super Kubokunun sahibi olub. Kasilyas, həmçinin üç dəfə Çempionlar Liqasının qalibi olub.

İspaniya millisinin heyətində Kasilyas 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə isə iki dəfə Avropa çempionu olub.

Əsas mövzular