CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakını yenə xlorladılar - FOTOLAR

© The Executive Power of the Baku CityДезинфекция улиц в Баку
Дезинфекция улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 9-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 548 küçədə dezinfeksiya işləri görülüb.

BAKI, 1 avqust — Sputnik. Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 9-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 548 küçədə dezinfeksiya işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarında orta hesabla gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm 2 qat artmışdır.

© The Executive Power of the Baku CityBakıda küçələrin dezinfeksiyası
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan
1/3
Bakıda küçələrin dezinfeksiyası
© The Executive Power of the Baku CityBakıda küçələrin dezinfeksiyası
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan
2/3
Bakıda küçələrin dezinfeksiyası
© The Executive Power of the Baku CityBakıda küçələrin dezinfeksiyası
Bakıda küçələrin dezinfeksiyası - Sputnik Azərbaycan
3/3
Bakıda küçələrin dezinfeksiyası
1/3
Bakıda küçələrin dezinfeksiyası
2/3
Bakıda küçələrin dezinfeksiyası
3/3
Bakıda küçələrin dezinfeksiyası

Qeyd olunmalıdır ki, Avropanın iri dövlətlərinin heç birində böyük vəsait tələb edən belə genişmiqyaslı tədbirlər sistematik görülmür. Ölkəmizdə bu işlərin həyata keçirilməsi dövlət başçısınin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcəkdir.

Xəbər lenti
0